Nepalin Pohara əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 1500 nəfər həlak olub.
Məlumatına görə, bu barədə Frans Press agentliyi Nepalın daxili işlər nazirliyinə istinadən xəbər verir.
Xəbərdə bildirilir kibu, Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfəri keçib, azı 1700 nəfər xəsarət alıb. Bu, son 81 ildə Nepalda ən güclü zəlzələdir.
Zəlzələnin gücü Rixter cədvəli ilə 7,9 bal təşkil edib. Sakinlər evlərini tərk edərək küçələrə çıxıblar. Güclü yeraltı təkanların təsirindən paytaxt Katmanduda bir neçə bina dağılıb, tikililərə aid divarlar uçub.
Dağıntılar altında xeyli insanın qaldığı ehtimal edilir Xeyli sayda yaralı da var, lakin onların dəqiq sayı məlum deyil. ABŞ-ın geoloji tədqiqat mərkəzi zəlzələnin episentrinin yerin 31 kilometr dərinliyində olduğunu açıqlayıb. Yeraltı təkanların Hindistanın paytaxtı Dehlidə, eləcə də ölkənin bəzi şərq və şimal-şərq ştatlarında da hiss edildiyi bildirilir.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. /anspress/