İnsan öləndən sonra bədəni hansı mərhələlərdən keçir? Bir az ürküdücü olsa da, məlumatlanmaq lazımdır.
Öləndən 30 dəqiqə sonra bədəndə refleks deyə heç nə qalmır. Əzələlər boşalır, ona görə ağız və göz qapaqları açıq qalır. Sidik və sperma axıntısı baş verir.
Ölümdən 10 saat sonra bədən sərtləşir. Ölüm adrenalin zamanı baş veribsə, bədən eyni anda bərkiməyə başlayır. Müharibədə ölən insanların vurulduqları halda qalmaları bu sbəbdən baş verir.
Ölüm anından sonra cəsəd hər saat orta hesabla 1 dərəcə soyuyur. Kök insanların daxili orqanları daha gec soyuyur. Uşaqların və zəiflərin bədəni isə daha tez.
Ölümdən 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və işə başlayırlar. İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlar olur. Cəsəd kökdürsə, daha tez çürüyür, körpələr və duzlu suda qərq olanlarda çürümə prosesi bir qədər uzun çəkir. Ən gec çürüyən hissələr isə ürək, böyrək və rəhmdir. Rəhmin çürüməsi bir neçə ay çəkə bilər.
İlk çürüyən yer olan mədə və bağırsaqlarda bakteriyalar çox olduğu üçün qaz yaranır. Bu qaz da qarın bölgəsinin şişməsinə səbəb olur.
Ölən insanların dərisi çəkildiyi üçün çürümə zamanı dırnaqlar önə tərəf gəlir. Buna görə insanlar düşünür ki, dırnaqlar uzanır. Bədən ölən kimi bütün funksiyalarını itirdiyi üçün saç və dırnaq da uzana bilməz.
Qəbirdən gələn səslər çürümə prosesinin nəticəsidir. Gündən günə şişən qarın partlayır və sinə çökür. Bu hadisə məzardan eşidiləcək qədər güclü səsə malik olur./atv.az/