Məlumata görə, Hitler ailədə altı uşaqdan dördüncüsü olub. Lakin tarixçilər Hitlerin əslində ailənin üçüncü övladı olduğunu aşkarlayıblar.
Tarixçi Florian Kotanko bu nəticəyə gəlib ki, Hitlerin ailəsi ilə bağlı rəsmi sənədlər saxtalaşdırılıb.
Tarixçi deyir ki, Hitlerin Otto adlı qardaşı 1892-ci ilin 17 iyununda doğulub. Lakin yeni doğulan uşaq altı gün sonra ölüb. Otto ailədə oğlan uşaqlarının sonuncusu idi. Qardaşının ölümünün Hitlerə pis təsir etdiyi deyilir.
“Hitlerin bioqrafları iddia edirlər ki, guya o, anası, üç qardaşı və bacısının ölümündən sonra tək qalıb. Bu məntiqli deyil. Hitler üçüncü uşaq idi və dördüncü oğlan uşağı olan Otto öldü. Nasistlərin lideri bioqrafiyasında göstərildiyi kimi ailənin dördüncü övladı deyildi”, - deyə tarixçi bildirib. /Publika.az/