Ohanyanın mühafizə xidmətinin rəhbəri polkovniki həbs etdirib
13.06.2016 632 0.0 0

 Ermənistan Müdafiə Nazirliyi ətrafında növbəti qalmaqal yaranıb. Qalmaqalın səbəbkarı isə müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəhbəri Sergey Ayrapetyandır.
 
Məlumata görə, "Joxovurd" qəzeti yazır ki, Ermənistan Müdafiə Nazirliyinin departament rəisi, polkovnik Samvel Xaçatryan bu ilin martında “L tech comp.” MMC tərəfindən Müdafiə Nazirliyinə satılan texnikanın qiymətlərinin şişirdildiyini aşkarlayıb.
 
Bu barədə söhbət yayılmağa başlayandan sonra S. Ayrapetyan S. Xaçatryana xəbərdarlıq edib ki, bu məsələni unutsun, bu barədə yuxarı dairələrə məruzə etməsin. Ancaq S. Xaçatryan onun xəbərdarlığına məhəl qoymayıb və aşkarladığı qanun pozuntusunu nazirliyin yuxarı dairələrinə məruzə edib.
 
Bundan sonra isə S. Xaçatryan həbs olunub. Yaxınları təkidlə bildirirlər ki, onun həbsi quramadır və S. Ayrapetyan tərəfindən təşkil olunub.
 
Qəzet yazır ki, bu il martın 15-də Müdafiə Nazirliyinin Texniki Təchizat İdarəsinin baş mütəxəssisi Arsen Qaribcanyan rüşvət götürməkdə təqsirli bilinərək həbs olunub. O, müstəntiqlərə bildirib ki, S. Ayrapetyan onu təhqir edib, hədə-qorxu gəlib. Ayrapetyan onu təhdid edərək, S. Xaçatryanın əleyhinə ifadə verməsini istəyib.
 
Qəzet onu da qeyd edir ki, nazir S. Ohanyan və onun mühafizə xidmətinin rəhbəri S. Ayrapetyan təhlükəsizlik xidmətinin rəhbəri şirkətlərin nazirliyə istədikləri qiymətə məhsullar satmasına göz yummağa davam edirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar