Oğurluq nömrə ilə gəzən avtomobil saxlanılıb
31.10.2016 582 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Abşeron rayon sakini Rahib Cəbrayılova məxsus "Mercedes" markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nömrə nişanı vurulmuş "Hyundai" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtomobilin sürücüsü - Bakı şəhər sakini Elman Novruzov avtomobillə birlikdə Qazax Rayon Polis Şöbəsinə təhvil verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar