Oğul atanı təqaüd kartına görə çəkiclə öldürüb
22.08.2019 560 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, rayonun Aşağı Quşçu kəndində yaşayan 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar