Odessada qətlə yetirilən gəncin meyiti Azərbaycana yola salınıb
09.02.2016 503 0
Ukraynanın Odessa şəhərində qətlə yetirilən azərbaycanlı gənc iş adamı Aqşin Məmmədovun meyiti bu gün Azərbaycana yola salınıb.
Məlumata görə, mərhum doğulduğu Beyləqan rayonunda dəfn olunacaq.
Qeyd edək ki, əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədov fevralın 7-si axşam saatlarında Odessadakı kafelərin birindən çıxaraq avtomobilinə minən zaman naməlum şəxslərin hücumuna məruz qalıb. A. Məmmədov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər