Ötən gün Amerikanın paytaxtı Vaşinqtonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Məumata görə, başda Ağ ev, ABŞ konqresi və Dövlət Departamenti olmaqla bir çox dövlət əhəmiyyətli bina qaranlığa qərq olub.
Elektrik kəsintisi səbəbindən Dövlət Departamentinin sözçüsü Mari Harf keçirdiyi gündəlik mətbuat brifinqini yarımçıq dayandırmalı olub. Brifinqdə olan jurnalistlər qaranlıqda çəkidkləri foto şəkilləri sosial şəbəkədə paylaşıblar.
Bundan başqa bəzi muzeylərdə də işıqlar söndüyündən ziyarətçilər təxliyyə olunub.
ABŞ rəsmisi bunun terror hücumu olmadığını, Vaşinqtonun yaxınlığındakı Merilenddə fəaliyyət göstərən elektrik stansiyasında partlayış baş verdiyini, elektrik cərəyanının da bu səbəbdən kəsildiyini bildirib.
Paytaxtı elektriklə təmin edən “Pepco” şirkəti problemin aradan qaldırılması üçün çalışdıqlarını, hazırda 2 400 binada elektrik enerjisinin olmadığını deyib. /anspress/