ABŞ ordusunun yeni naziri cinsi azlıq ola bilər.
Məlumata görə, ABŞ prezidenti Barak Obama homoseksualist olduğunu açıq etiraf edən Erik Fenninqi ordu işləri üzrə nazir təyin edir.
ABŞ-nın yeni naziri öz qeyri-ənənəvi seksual oriyentasiyasını gizlətməyən Erik Fanninq ola bilər. Onun təyinatı haqqında qərarı Ağ evin başçısı Barak Obama qəbul edib. Obamanın namizədliyini irəli sürdüyü Fanninq iyirmi beş ildən çox milli təhlükəsizlik sahəsində mütəxəssis olaraq çalışıb.ABŞ prezidenti Obama səbirsizliklə Erik Fanninqlə işə başlayacağı günü gözlədiyini bildirib.
Barak Obama
“Erik çoxillik təcrübəyə və xüsusi lider keyfiyyətlərinə malikdir. O bu vəzifə üçün mükəmməl tapıntıdır. Dünyada bizim ordunu ən yaxşı ordu kimi saxlamaq üçün mən səbirsizliklə onunla işin başlanğıcını gözləyirəm”, - deyə “Washington Post” Obamanın sözlərindən sitat gətirib.
Yaxın vaxtlarda ABŞ Senatı Fanninqin namizədliyini təsdiq etməlidir. Əgər bu baş versə, onda o nazir Con Makxyu bu postda əvəz edəcək. Con Makxyu noyabrın 1-dən postundan gedəcəyini elan edib. Hazırada Fanninq ordunun nazir müavini vəzifəsini tutur.
Erik Fanninq
Barak Obama bundan əvvəl gey və lesbiyanların ABŞ ordusunda xidmətinə qoyulmuş qadağanı ləğv edib, habelə gey olduğunu gizlətməyən diplomatları Dövlət Departamentində vəzifələrə təyin edib və səfir göndərib. Erik Fenninq 25 ildən artıq müddətdə Konqresdə və Pentaqonda müdafiə və milli təhlükəsizlik üzrə mütəxəssis postunda işləyib.
Ordu işləri üzrə nazir Birləşmiş Ştatlar ordusunun təchizatına nəzarət edir./anspress/