Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO)
17.11.2015 624 0.0 0

Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin” (G-20) sammiti maraqlı hadisələrə şahid olub. Məlumata görə, ABŞ prezidenti Barak Obama ayrı qala bilmədiyi stəkanı ilə növbəti dəfə mətbuatın diqqətini cəlb edib. 

Əlində karton kofe stəkanı olan Barak Obama Rusiya prezidenti Vladimir Putin və Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristin Laqard ilə söhbət edərkən foto müxbirlərin obyektivlərinə yaxalanıb. 

Bu vaxt Obamanın həddindən artıq rahat hərəkət etməsi politoloqıar tərəfindən, “Obamanın Putini əzməsi” kimi dəyərləndirilib.

 

 

Rusiyada 2013-cü ildə “Böyük iyirmiliyin” (G-20) sammitində də ABŞ prezidenti Barak Obama stəkan qalmaqalı ilə yadda qalmışdı. 

Sankt Peterburqda “Konstantinovski” Sarayında ABŞ prezidenti Barak Obama əlində, üzərinə "ABŞ prezidenti" yazılmış karton stəkanla görüntülənmişdi. 

 

 

Obama sammitdə keçirdiyi görüşlərdə də əlində çay stəkanı ilə görünüb. Mütəxəssislər Obamanın özü ilə Amerikadan çay dəsgahını gətirməsini Rusiyaya qarşı etibarsızlığı kimi şərh etmişdilər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar