"Bölgədəki ən böyük təhdidi indi PKK yox, İŞİD-dır". Məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Türkiyənin regionda keçirdiyi əməliyyatlara müasibət bildirərkən deyib. Ağ ev rəhbəri İran və Yaxın Şərq məsələlərini müzakirəsi üçün jurnalistlərlə bir araya gəlib.
Obama Türkiyənin özünü müdafiəsinə haqq qazandırıb. O, deyib ki, terror təşkilatı olan PKK Türkiyəni hədəfə alan hücumlar təşkil edir və bu halda Türkiyənin də özünü qorumağa çalışması anlaşılandır.
"İŞİD-ın bölgədəki ən böyük təhdidir. Bütün diqqətin buna cəmlənməsi gərəkir. Üzərində çalışdığımız anlaşma belə məqamları əks etdirir. Ən məsələ də odur ki, Suriyaya keçməyə çalışan əcnəbi dğöyüşçülərin qarşısını necə almaq olar? Edəcəyimiz hər şey bundan asılıdır".
Xatırladaq ki, Türkiyə terrorla genişmiqyaslı mübarizəyə iyulun 20-də Surucda baş verən terror aktından sonra başlayıb. Bu akt nəticəsində 32 nəfər ölüb, onlarla insan yaralanıb.
Daha sonra Türkiyə Hava Qüvvələri Suriya ilə sərhəddə yerləşən İŞİD hədəflərini bombalayıblar. PKK bundn istifadə edərək ölkədə bir çox etiraz aksiyaları və nümayişlər keçirib, magistral yollarda avtomobillərə hücum edib, onları yandırıb. Türkiyə təhlküəsizlik qüvvələri PKK terrorçuları ilə mübarizəni də gücləndirib, terrorçuların hədəfləri bombardıman edilib.
Ölkədə son bir ayda baş verən silahlı hücumlar nəticəsində 20-dən çox şəhid verilib. /anspress/