Obamadan təcili telefon zəngi
27.03.2015 719 0.0 0

ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Məlumata görə, prezidentlər arasında planlaşdırılmamış telefon danışığı 1 saat çəkib. 

İki liderin telefon danışığında İŞİD terror qruplaşması ilə mübarizədə əməkdaşlıq, İraq və Suriyada sülh və sabitliyin təmin etmək məqsədiylə həyata keçirilən ortaq səylər müzakirə edilib.

Obama ilə Ərdoğan Yəməndə yaşanan son hadisələrlə bağlı da fikir mübadiləsi ediblər. Həmçinin Ukrayna məsələsinə toxunulub. 

Qeyd edək ki, ərəb ölkələrinin BMT-nin qərarı olmadan Yəmənə qarşı başladığı hərbi əməliyyatlar bölgədə vəziyyəti daha da gərginləşdirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar