Obamadan Putinə zərbə
04.03.2015 1015 0.0 0

ABŞ prezidenti Barak Obama 6 mart 2014-cü ildə qəbul edilən, Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb.
 

Məlumata görə, Gazeta.ru xəbər verir ki, bu barədə Ağ ev bəyanat yayıb.

Ağ evin yaydığı bəyanatda ABŞ-ın 16-20 mart eləcə də 19 dekabr tarixlərində Ukraynada olan vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalarda 3 dəfə dəyişiklik etməsi də nəzərə çatdırılır.

Qeyd edək ki, bu gün qərb liderləri Belarus paytaxtı Minskdə keçən ay əldə edilmiş atəşkəsə əməl olunmasa beynəlxalq ictimaiyyəti daha cidd reaksiya verməyə çağırıb.

ABŞ prezidenti Barak Obama, Fransa, Almaniya, Britaniya, İtaliya liderləri və Avropa Şurasının başçısı Donald Task video bağlantı zamanı Ukraynada vəziyyət və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Video konfrans Ukraynanın şərqində zorakılıqların davam etdiyi vaxt keirilib. Dövlət başçıları müşahidəçilər və sülhümühazifə qüvvələrinin oynayacağı rolu, həmçinin Rusiyayaya qarşı Ukraynada separatçıları dəstəklədiyinə görə əlavə sanksiyaların mümkünlüyü məsələsini nəzərdən keçirir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar