Obamadan Hələbdəki vəziyyətlə bağlı təklif
17.12.2016 770 0.0 0

Suriyanın Hələb şəhərində qərəzsiz beynəlxalq müşahidəçilər qrupu işə başlamalıdır.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.
 
“Düşünürəm ki, biz Suriya ilə bağlı düzgün siyasət aparmışıq. Deyə bilmərəm ki, uğur əldə etmişik. Lakin yanaşmamız düzgün olub. Strategiyamıza yeganə alternativ Suriyaya quru qoşunları yeritmək ola bilərdi. Bu isə maraqlarımıza ziddir. Hazırda isə Hələbdə qərəzsiz beynəlxalq müşahidəçilər qrupu işləməlidir”, deyə B.Obama bildirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar