ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Məlumata görə, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
Qərara əsasən, ABŞ ərazisində Şimali Koreya hökuməti və Koreya Əmək Partiyasına məxsus bütün daşınmaz əmlak və sərmayə qoyuluşları dondurulub. Bu qərar Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramı ilə bağlı qəbul olunub.
Bundan bir müddət əvvəl martın 3-də Obama Rusiyaya qarşı sanksiyaların müddətini uzatmışdı. ABŞ prezidenti Barak Obama Ukraynanın şərqindəki böhranla əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. ABŞ lideri 13660 nömrəli fərmanla keçən il Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadılmasına dair qərar verib.
"Mən bir il fövqəladə vəziyyəti uzadıram, bu barədə 13660 nömrəli fərman elan edilib", - deyə sənəddə deyilir./anspress/