Obama və Ollanddan İŞİD haqda sərt bəyanat
20.11.2015 392 0
ABŞ prezidenti Barak Obama və onun fransalı həmkarı Fransua Olland aralarında keçirilən telefon danışığı zamanı İŞİD terror qruplaşmasını məhv etmək niyyətində olduqlarını bəyan ediblər.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilib.
İki dövlət başçısı vətəndaşlarının təhlükəsizliyinin necə təmin edilməsini müzakirə ediblər.
Bəyanatda qeyd olunub ki, Fransua Ollandın gələn həftə Vaşinqtona səfəri zamanı prezidentlər Suriyada münaqişənin nizamlanması yollarını və İŞİD-lə mübarizədə gələcək addımları müzakirə edəcəklər. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər