OBAMA TƏTİLİNİ BAŞA VURUB
04.01.2015 864 0.0 0

ABŞ prezidenti Barak Obama Havay adalarında öz ənənəvi Yeni il məzuniyyətini başa vurub və Vaşinqtona qayıdıb.

Məlumata görə, Ağ Ev amerikalı liderin yerli vaxtla səhər saat 10-da paytaxtda olduğunu açıqlayıb.

Prezident artıq bazar ertəsindən tam iş rejimində vəzifələrini icra edəcək. Artıq çərşənbə axşamı Meksikanın prezidenti Enriki Penya Nyeto ilə danışıqlar aparacaq, gələn həftə isə Miçiqan, Arizona və işgüzar səfərləri gözlənilir.

Obama Oaxu adasına 19 dekabrda həyat yoldaşı Mişel Obama və qızları - 16 yaşlı Mali və 13 yaşlı Saşa ilə birkdə getmişdi. Prezident vaxtının çoxunu əsasən qolf oynamaqla, ailə üzvləri ilə birlikdə çimərliyə getməklə, idman zalında məşq etməklə və köhnə dostları ilə görüşməklə keçirib.

Onun qolf meydançasında tərəf müqabili Havay adalarında istirahət edən Malaziyanın baş naziri Nəcib Tun Razak olub. Obama keçən ilki istirahətində Yeni Zelandiyanın baş naziri Con Ki ilə qolf keyfi yaşamışdı.

Obama Milad bayramını amerikalı əsgərlərlə keçirib və qeyd edib ki, ABŞ Əfqanısta öz hərbi missiyasını başa vurur.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar