Obama təlimat verdi: Türkiyə-ABŞ üz-üzə
22.09.2016 610 0
ABŞ Prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasına İŞİD-ə qarşı mübarizənin sürətləndirilməsi və PYD-nin daha çox silahla təmin edilməsi üçün təlimat verib.
Məluata görə, bu iddianı “Nyu York Tayms” qəzeti irəli sürüb.
Məqalədə prezidentlik dönəmi başa çatmadan Rakkanın İŞİD-dən alınmasını istəyən Obamanın bu addımının Türkiyə-ABŞ münasibətlərinə ciddi xələl gətirəcəyi vurğulanıb:
“Türkiyə ilə münasibətlərdə tarazlığın qorurmasına çalışılsa da, belə qərarın verilməsi kritik dövrün başlanacağını göstərir”.
Qeyd edək ki, ABŞ-ın hərbi dairələri məsələnin hələ ki, ali səviyyədə müzakirə edilmədiyini bildirib./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər