Obama Suriyaya qarşı sanksiyaların müddətini uzatdı
07.05.2015 756 0
ABŞ prezidenti Barak Obama Suriyaya qarşı sanksiyaların müddətini 1 il uzatdığını bəyan edib.
Məlumata görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Nümayəndələr palatasının spikeri Con Beynerə göndərdiyi məktubda Obama Suriyanı kimyəvi silahdan istifadədə, terrorçu təşkilatları dəstəkləməkdə və s. günahlandırıb.
“Suriya rejiminin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə yaradır. Bu səbəbdən Suriyaya qarşı sanksiyaların müddətini 1 il uzatmağı qərara alıram”, məktubda deyilir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər