Obama səhvini etiraf etdi
08.10.2015 817 0.0 0

Pentaqon rəsmiləri Əfqanıstanın Kunduz şəhərindəki mərkəzi xəstəxananın səhvən bombalandığını bəyan edib.

Məlumata görə, ötən şənbə günü xəstəxananın bombalanması nəticəsində xəstələr və həkimlər də daxil olmaqla 22 nəfər ölüb.

Əfqanıstandakı koalisiya qüvvələrinin amerikalı komandanı general John Campbell bildirib ki, xəstəxana havadan kömək istəyən Əfqanıstan qüvvələrinin müraciətindən sonra bombalanıb. ABŞ müdafiə naziri Eşton Karter bundan əvvəl baş verən insidentdən dərin təəssüf bildirmişdi. Əfqanıstanın hökumət qüvvələri bu günlərdə şəhəri talibançılardan geri alsalar da , şəhərdə hələ də atışmalar olduğu xəbər verilir.

 


Kunduz vilayətində bombalanan xəstəxana

ABŞ prezidenti Barak Obama Əfqanıstanın Kunduz vilayətində "Sərhədzis həkimlər" (MSF) beynəlxalq təşkilatının hospitalına hava zərbə endirilməsinin "hərtərəfli araşdırılmasına" başlandığını bəyan edib. ABŞ hərbi aviasiyası Kunduz şəhərində Talibanı hədəflədiyini bildirərək əməliyyat zamanı kənar itkilərin ola bildiyini isitisna etməyib. Hadisəyə görə "dərin hüznlə başsağlığı" bildirən ABŞ prezidenti Barak Obama "faktların tam aydınlaşdırıldığını" gözlədiyini və bundan sonra qəti qərar çıxaracağını bildirib.

 


Əfqanıstanın Kunduz şəhəri xəritədə

Əfqanıstan ordusu iki gün əvvəl Taliban yaraqlılarının ələ keçirdiyi Kunduz şəhəri uğrunda hazırda ağır döyüşlər aparır. Son dövrdə Talibanın yenidən fəallaşması baş verir və onunla mübarizə çərçivəsində Kunduzda aparılan əməliyyatlar hazırkı Əfqanıstan iqtidarı üçün mühüm əhəmiyyət kəsb edir.

 

Əfqanıstanın şimalında yerləşən və 300 mindən çox əhalisi olan Kunduz şəhəri ölkənin vacib nəqliyyat mərkəzlərindən biri sayılır və hərbi nöqteyi-nəzərdən böyük strateji əhəmiyyət daşıyır. Taliban yaraqlıları 2001-ci ildən sonra iilk dəfədir ki, belə bir böyük şəhəri ələ keçirə biliblər. Onlar təbii ki, “bu uğuru” əldən vermək istəmirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar