OBAMA RUSİYANI HƏDƏLƏDİ
09.02.2015 865 0.0 0

ABŞ və Almaniya Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması ilə bağlı razılığa gəlib. 

Məlumata görə, Almaniyanın kansleri Anqela Merkel Vaşinqton səfəri çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyi bildirilib. 

Barak Obama Rusiyanın Ukrayna məsələsində tutduğu mövqeyi tənqid edib:

“Rusiya xarici siyasət kursunu olduğu kimi saxlayarsa, sanksiyalar davam etdiriləcək. Və Rusiyaya siyasi və iqtisadi təcridetmə gücləndiriləcək”.

Qeyd edək ki, görüş Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko, Fransa dövlət başçısı Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında Ukraynanın şərqində atəşkəsin dayandırılması ilə bağlı diplomatik səylərin intensivləşdiyi vaxta təsadüf edir. //AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar