ABŞ prezidenti Barak Obamanın İŞİD terror təşkilatına mübarizədə Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin zəiflik göstərməsi barədə dedikləri ciddi müzakirələrə səbəb olub.
Məlumata görə, G7 zirvəsində çıxışı zamanı Barak Obama bildirmişdi: "Türkiyədən Suriyaya keçən minlərlə döyüşçü İŞİD-i gücləndirir. Türkiyə bu keçidin qarşısını almaq üçün ehtiyac duyulan səviyyədə güc sərf etmir".
Ağ Ev prezidentin dediyi bu sözlərə şərh verməyə məcbur olmuşdu. ABŞ xarici işlər nazirliyinin mətbuat katibi Cef Ratke deyib: "İŞİD-ə qarşı mübarizənin bütün sahələrində Türkiyə ilə güclü bir əməkdaşlıq aparırıq. Türkiyə bu məsələdə açar rol oynayır".
Ağ Evin mətbuat xidmətinin başçısı Coş Ernest isə məsələni daha dəqiq şərh edib: "Türkiyənin atdığı bəzi addımlar bu məsələdə uğur qazanmaqda maraqlı olduqlarını göstərir, amma onların daha çox iş görə biləcəklərinə və etməli olduqlarına inanırıq"./anspress/