Obama prezidentliyi dövründəki ən böyük uğurunu açıqladı
24.04.2016 538 0.0 0

Prezident vəzifəsində Böyük Britaniyaya son səfərini reallaşdıran Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama prezidentliyi dövründə əldə etdiyi ən böyük uğurunu açıqlayıb. Məlumata görə, səfər zamanı gənclərlə görüşən Obama onların suallarını cavablandırarkən hakimiyyətdə olduğu 8 il ərzində ən böyük uğurunun İranla bağlı olduğunu deyib: “2008-ci ildə dünyada başlayan maliyyə böhranından sonra həyata keçirdiyim tədbirlərlə İranın nüvə silahı istehsalı ilə bağlı fəaliyyətində böyük diplomatik razılığa nail oldum. Bu mənim ən böyük uğurumdur”.
Daha sonra prezident olmazdan əvvəl əhaliyə vəd etdiyi ilə prezidentliyi müddətində həyata keçirdiyi fəaliyyətlərdə uyğunluq olduğunu bildirən Obama, "Özüm özümə sadiq qaldım" ifadəsini işlədib. 

Qaradərililərin ABŞ-da haqlarından hələ də tam şəkildə istafadə edə bilmədiklərini deyən prezident "İrqi ayrı-seçkilik hələ də Amerikanın bəzi yerlərində mövcuddur, baxmayaraq ki, onların prezidenti özü də qaradır. Əslində təhlükəli vəziyyətlərdən biri də odur ki, insanlar qaradərili bir prezident seçərək artıq problemlərin aradan qalxdığını düşünürlər. Ancaq bu belə deyil.”

Daha sonra Barak Obama ingilis gənclərə məsləhətlər də verib:


“Dünyada pis xəbərlərin insanlara texnoloji vasitələrlə qısa vaxt ərzində çatdırılması insanlarda, dünyada qurulan sistemin çökməkdə olduğu hissini yaradır. Siz gənclər bədbinlikdən və insanların hissləri ilə oynamaqdan çəkinin. Bütün hallarda irəliləyiş mümkündür və problemlər həll edilə bilər. Bunun üçün sadəcə mübarizə, qərarlılıq və inam lazımdır”.

Gənclərdən birinin “ABŞ prezidentlərinin ölkəsi üçün ilk vəzifəsi nədir?” sualına, Obama “İlk əvvəl ABŞ vətəndaşlarının təhlükəsizliyi” cavabını verib: “Təhlükəsizlik həmişə gündəmin birinci maddəsi olacaq. İŞİD və digər terror təşkilatlar həll edilməsi vacib olan kritik problemlərdir. Ancaq bunları necə həll edəcəyik? Vacib olan budur”.

 

Müəmmar Qəddafi - devrilmiş Liviya lideri

ABŞ prezidentinin prezidentliyi müddətində ən böyük uğurunu açıqlaması heçdə təsadüfi deyil.  Obama  aprelin 11-də prezidentlik müddətinin sonuna az bir zaman qalmış ən böyük səhvini də etiraf edib. O, ən böyük səhvinin 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafi devrildikdən sonrakı həmin dövr üçün plan hazırlamaması olduğunu deyib. 

"Liviyada çevrilişdən sonrakı dövr üçün daha çox iş görə bilərdik". Bununla da o, ölkəsinin Qəddafisiz bir dönəmə hazırlıqsız başladığını boynuna almış olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar