ABŞ prezidenti Barak Obama prezident seçkilərində rəsmi olaraq Hillari Klintonu dəstəkləyib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Klintonun seçkiqabağı qərargahının “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.
“Prezident Obama Hillarini dəstəkləyərək deyib: “Düşünmürəm ki, bu vəzifəyə kimsə ondan daha uyğun olsun””, - deyə məlumatda bildirilib.
Bundan başqa, Hillari Klintonun rəsmi saytında dərc olunmuş videoçarxda Barak Obama Klintonla seçki kampaniyasına birgə yollanacağı günü səbirsizliklə gözlədiyini bildirir.
Bundan əvvəl namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla birgə mübarizə aparmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar./apa/