Obama prezident masasındakı qırmızı düymədən çay sifarişi üçün istifadə edirmiş
19.10.2017 647 0.0 0

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama Ağ evin Oval otağında olan masadakı qırmızı düymədən qonaqlara çay sifarişi üçün istifadə edib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə öz kitabında britaniyalı milyarder Riçard Brenson yazıb.

Brensonun sözlərinə görə, Obama bir dəfə onun gözünün qırmızı düyməyə sataşdığını görüb və bu düymənin əvvəllər fövqəladə vəziyyətlər üçün istifadə olunduğunu izah edib.

"Əvvəllər onlardan fövqəladə vəziyyətlər zamanı istifadə olunurdu, lakin indi isə onlardan qonaqlarıma çay sifariş etmək üçün yararlanıram", - deyə iş adamı oz avtobioqrafik kitabında Obamanın sözlərini sitat gətirib.

Apreldə Trampın sözügedən mexanizmdən qazlı su sifarişi üçün istifadə etdiyi xəbər verilmişdi./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar