OBAMA NATO SAMMİTİNDƏ RUSİYA-UKRAYNA PROBLEMİNDƏN DANIŞIB
04.09.2014 1282 0.0 0

 

prezidenti Barak Obama NATO-nun Ukrayna ordusunun gücləndirilməsinə kömək etməsi və Rusiyanın təcavüzkar hücumlarına qarşı mövqe ortaya qoymaq üçün ittifaqın qapsını yeni üzvlərə açıq buraxması lazım olduğunu söylədi. 
 

ABŞ prezidenti Obama, Estoniya səfəri çərçivəsində paytaxt Tallinin Baltik ölkələri liderləriylə bir araya gəlib. Obama, görüşündən sonra etdiyi açıqlamada, Rusiyanın təcavüzkar tutumuna qarşı NATO-nun, Ukraynanın təhlükəsizlik güclərini modernize etməsinə və gücləndirməsinə kömək etmək üçün konkret addımlar atması lazım olduğuna diqqət çəkərkən, Gürcüstan və Moldova kimi digər NATO üzvü ölkələrinə də kömək etmək, müdafiə gücləndirmək üçün daha çox tədbirin görülməsini lazım olduğunu ifadə edib.

Qazeta.info Tgrthabere istinadan bildirir ki,NATO standartlarına uyğun və müştərək təhlükəsizliyə töhfə verə biləcək ölkələrə NATO üzvlüyü qapısının açıq buraxılması lazım olduğunu dilə gətirən Obama, "İttifaqımızı hər daim istiqamətləndirən bu qanunu təkrar təsdiq etməliyik" deyə bildirib.

Obama, bunun  Rusiyanın tutduğu aqressiv mövqeyinə  qarşı faydalı ola biləcəyinə işarə edib. ABŞ prezidenti Barak Obama daha sonra, Rusiyaya sərhədi olan və Ukraynanın şərqindəki separatçı üsyanın  gələcəkdə  köhnə Sovet ölkələri Latviya, Litva və Estoniyaya kimi ölkələrə narahatlıq gətirə biləcəyini və bu səbəbdən də qeyd edilən keçmiş sovet ölkələrinə qüvvətli dəstək veriləcəyini ifadə edib. 

Obama, "NATO müttəfiqləri olaraq müştərək müdafiə olan vəzifəmizi, məsuliyyətimizi yerinə yetirəcəyik. Buna görə Eston, Litva və Latviya hər kəsin, əsla tək qalmayacaqlarını bilmələrini istəyirəm. Müstəqilliyiniz əlinizdən bir dəfə alındı​​, bu bir daha olmayacaq" deyə bildirib.


Teqlər:OBAMA NATO SAMMİTİNDƏ RUSİYA-UKRAYN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar