ABŞ prezidenti Barak Obama müsəlmanları əsəbləşdirə biləcək açıqlama verib. Məlumata görə, şənbə günü ABŞ prezidenti Ağ ev jurnalistlərinin şərəfinə şam ziyafəti təşkil edib.
Jurnalistlər qarşısında çıxışında o müsəlman olması barədə deyilənlərə aydınlıq gətirmək istəyib. Kimisinə görə onun cavabı zarafatcıl, kimisinə görə isə qıcıqlandırıcı olub.
“ABŞ prezidenti olmaq heç də asan bir iş deyil. Hələdə pis vəziyyətdə olan miqrant sistemini təmir etmək, konqres, İranla müzakirələr aparıram. Bunları edərkən bir yandan da gündə beş dəfə namaz qılmaq çox çətindir".
Qeyd edək ki, 2012-ci ildə aparılan bir araşdırmada ABŞ-da yaşayanların 17 faizinin əsli Kenyadan, müsəlman olan Obamanın da gizli bir şəkildə müsəlman olduğuna inandığını üzə çıxarmışdı.
Bu iddialardan sonra xristian olduğunu açıqlayan Obama "Barak H. Obama" şəklindəki adından Hüseyn sözünü də çıxarıb. /anspress/