Obama Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək
12.12.2015 519 0
Dekabrın 14-də ABŞ prezidenti Barak Obama Pentaqonda Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr ediləcək iclasını keçirəcək və bəyanatla çıxış edəcək.
TASS agentliyinə istinadən verilən məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Prezident Obama İŞİD-in məhv edilməsinə yönələn hərbi əməliyyatlarla bağlı məlumatlandırılacaq. O, milli təhlükəsizlik üzrə komandasına strategiyamızın müxtəlif aspektlərini qiymətləndirmək tapşırığını verib. Hazırda İŞİD-ə qarşı mübarizəyə dair strategiyamızda hər hansı yeniliyin olub-olmayacağı barədə məlumatım yoxdur”, deyə C.Ernest qeyd edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər