ABŞ prezidenti Barak Obama məscidə gedəcək.
Məlumata görə, prezidentin fevralın 3-də Baltimorda yerləşən məscidə planlaşdırılan səfərinin əsas məqsədi cəmiyyətdə antiislam əhvalının yarandığı bir vaxtda müsəlmanlara dəstək nümayiş etdirməkdir.
Səfər çərçivəsində Obama Baltimorun İslam Cəmiyyəti liderləri ilə görüşü və dini azadlıq mövzusunda çıxışı gözlənilir.
Baltimorda yerləşən İslam Cəmiyyəti
Daha əvvəl ABŞ-da Respublikaçılar paritiyasından prezidentliyə namizəd milyarder Donald Tramp ölkəyə müsəlmanların buraxılmaması tələbi ilə çıxış edib.
Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər və milləti zərbə altına qoya bilərlər. "Siyasətçi" hesab edir ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər, sərhədləri bağlamalıdır.
Prezidentliyə namizədin sözlərinə Ağ evdən də reaksiya gəlib. Rəsmi qurum bildirib ki, Trampın ifadələri ABŞ-ın milli maraqlarına ziddir.
Donald Tramp - ABŞ prezidentliyinə namizəd, milyarder./anspress/