Obama lazım olan səsi aldı
03.09.2015 582 0.0 0

ABŞ Administrasiyası İranla nüvə razılaşmasının bloklanmasının qarşısını almaq üçün Senatda kifayət qədər səsi təmin edib.

Məlumata görə, Merilend ştatını təmsil edən senator Barbara Mikulski "altılığ"ın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə hazır olan 34-cü senator oldu.

Bununla da ABŞ Administrasiyası Konqresdə sövdələşməni qorumaq üçün lazımi dəstəyi əldə edə bilib. Konqresin hər iki palatası İranla razılaşmanın əleyhinə səs verdikdən sonra ABŞ Prezidenti Barak Obamanın həmin qətnaməyə veto qoyacağı gözlənilir. Prezidentin vetosunun öhdəsindən gəlmək üçün Konqresin hər iki palatasında çoxluğun səsi tələb olunur - bu, Senatda 100 səsdən 67-sidir.

 


Barbara Mikulski

Bununla da senatorların 34-nün razılaşmanın lehinə səs verməsi Konqresə onu bloka almağa imkan vermir. Konqresin İranın nüvə sazişinə sentyabrın ortalarında baxacağı gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar