Obama kubalı qaçqınlara yaşayış hüququnun verilməsini ləğv edib
13.01.2017 775 0.0 0

ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.  

 

“Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar”, - deyə bəyanatda qeyd olunur.   

 

Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib.  Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.  

 

Qeyd edək ki, bundan əvvəl ABŞ-da “yaş ayaq – quru ayaq” siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar