"Böyük İyirmiyin" zirvə toplantısının iclası ərəfəsində Rusiya prezidenti Vladimir Putini və ABŞ prezidenti Barak Obama arasında qısa dialoq tutub.
Məlumatına görə, sammitin ilk iclasından əvvəl, işgüzar səhər yeməyinə başlamışış Türkiyənin Antalya şəhərinə toplanan dünya liderləri rəsmi şəkil çəkdirmə mərasimində iştirak ediblər.
Bu zaman öz yerinə keçən Vladimir Putin ABŞ-lı həmkarı Barak Obamanın əlini sıxıb. Onlar arasında həmçinin qısa dialoq baş tutub.
Rəsmi şəkil çəkmə mərasimindən sonra liderlər iş güzar səhər yeməyinə yollanıblar.
***15:30***
Obama və Ərdoğandan birgə bəyanat
"Böyük İyirmilik" zirvə toplantısının yekun kommyunikesi dünya liderlərinin terrorizmə dair qəti mövqeyini əks etdirəcək.
Məlumata görə, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə baş tutan görüşdən sonra deyib.
Ərdoğanın sözlərinə görə, "Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik."
Bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilir.
Rəcəb Tayyib Ərdoğan və Barak Obamanın birgə bəyanatı
***13:34***
Ərdoğan: "Terrorizmin belini qıracağıq"
Türkiyənin Antalya şəhərində dünya liderlərinin qatıldığı "Böyük İyirmiliyin" zirvə toplantısı (G 20 sammiti) rəsmən açıq elan edildi.
Məlumata, toplantı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "İş20" və "Əmək20" iclasında söylədiyi nitqlə başlayıb.
Ərdoğan öz nitqində terrorizmlə mübarizə mövzusuna toxunub. Türkiyə prezidentinin sözlərinə görə, terrorizmlə uğurlu mübarizə üçün gənclər arasında məşğulluğu artırmaq lazımdır. "Dünya maliyyə dairələrinin gənclər arasında işsizliyin aradan qaldırılması məsələsinə yetərincə dəstək verib vermədiyini öyrənmək lazımdır. Əgər maliyyə dünyası bununla məşğul olsa biz terrorizmin belini qıra bilərik" - deyə Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan G 20 sammitində
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin terror təhlükəsini aradan qaldırmaq üçün bütün dünya gücünün səfərbər edilməsinin vacib olduğunu bildirib.
İclasda nitq söyləyən Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ prezidenti Barak Obama ilə ikili görüş keçirib. Görüşdə müzakirə olunacaq prioritet məsələlər ötən gün Parisdə baş verən terror hadisələri, Suriya ətrafında cərəyan edən hadisələrin olacağı gözlənilir.
Barak Obama və Rəcəb Tayyib Ərdoğanın ikili görüşü
Sammitdə iştirak etmək üçün Barak Obama bu gün Antalyaya gəlib./anspress/