Atası keniyalı olduğu və uşaqlıqda İndoneziyada dini məktəbdə oxuduğu üçün əslində müsəlman olduğu deyilən ABŞ Prezidenti Barak Obama haqqında yeni iddia yayılıb. Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, əslən İraqdan olan vəkil Taha əl Lehibi Obamanın şiə İranına göstərdiyi yaxınlığı özünün də şiə olması ilə əlaqələndirib. Vəkil bunu Obamanın ikinci adının Hz. Hüseyn olması ilə izah edib.
Xatırladaq ki, Obamanın şiə olduğu barədə yayılan söz-söhbətlər yeni deyil. 2008-ci il prezident seçkilərindən əvvəl dövlətin nəzarətində olan bəzi İran qəzetləri Obamanın şiə olduğunu iddia etmişdi. Lakin Keniya əhalisinin əksər hissəsini sünnilər təşkil etdiyindən bu iddialar özünü doğrultmamışdı. Buna baxmayaraq, Obama qələbə qazandıqdan sonra iraqlı bir şəxs “Tayms” qəzetinə şiələrin sıx yaşadığı Sədr şəhəri üçün “böyük bir gün” olduğunu və “Artıq Ağ Evdə bir qardaşımız var” demişdi. Məlumat üçün bildirək ki, keçirilən sorğuya əsasən, ABŞ-da Respublikaçıların 54 faizi Obamanın müsəlman olduğunu düşünür.