Obama İranla razılaşmanı qiymətləndirdi
03.04.2015 719 0.0 0

İranla saziş ABŞ və SSRİ arasında razılaşma kimidir.

Məlumata görə, ABŞ prezidenti Barak Obama açıqlama verib.

"O razılaşmalar mükəmməl deyildi, onlar bütün təhlükələri aradan qaldırmadılar, amma onlar bizim dünyamızı daha təhlükəsiz etdilər. İranla yaxşı saziş buna gətirib çıxaracaq ", - deyə ABŞ lideri qeyd edib.

Daha əvvəl Obama Tehranla razılaşmanı "tarixi" adlandırıb.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, razılıq əldə olunduğundan dərhal sənəd layihəsi üzərində işə başlayırlar.

İranla "altılıq" ölkələri arasında razılığın ələd olunması Tehrana qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması deməkdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar