Obama: Bəşər Əsədin rejimi süqut edəcək
03.10.2015 677 0.0 0

Son nəticədə Suriyada Bəşər Əsədin rejimi süqut edəcək.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama bəyan edib.
 
Onun sözlərinə görə, Suriya hökuməti yalnız Rusiya və İranın dəstəyi sayəsində iflasa uğramır. Bununla belə, ABŞ prezidenti Suriyada münaqişənin nizamlanması üçün rəsmi Moskva və Tehranla işləməyə hazır olduğunu bildirib.
 
B.Obama həmçinin vurğulayıb ki, ABŞ Suriya müxalifətinə dəstək verməyə davam edəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar