Nyu-Yorkda teraktın törədilmə anı- VİDEO (Yenilənib)
01.11.2017 2532 0.0 0

Nyu-Yorkda terakt törətməkdə şübhəli bilinən şəxsin müddəti keçmiş qrin kard olub. Məlumata görə, bu barədə  “Fox News” telekanalı məlumat yayıb.  Məlumata görə, 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullo Saipov son illər Nyu-Yorkun yaxınlığındakı Nyu-Cersi ştatında yaşayıb.  

 

Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun əlində peyntbol tapançası olduğu bildirilir.  

 

Son məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.  Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib. Polis insidenti terror aktı adlandırıb. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar