Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib
27.11.2021 293 0.0 0

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hocul yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda ştat ərazisində fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı fərman imzalayıb.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, sənəd qubernatorun saytında yerləşdirilib.

Qeyd olunub ki, ötən ay ərzində ştatda günədlik yoluxma sayı 300 nəfər təşkil edib.

“Mən, Nyu-York ştatının qubernatoru Keti Hochul, konstitusiya əsasında və ştatın qanunları ilə mənə verilmiş səlahiyyətlərə görə 2022-ci il yanvarın 15-dək bütün Nyu-York ştatında fövqəladə vəziyyət elan edirəm”, sənəddə deyilir.

Son məlumatlara görə, regionda 182 644 nəfər koronavirusa yoluxub. Son sutka ərzində 6 295 yeni yoluxma faktı müəyyən edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar