XVI əsrin əvvəllərində Fransada dünyaya gələn, ömrünün müəyyən hissəsindən sonra gələcəklə bağlı fərziyyələr irəli sürən Mişel Nostradamusun bütün söyləntiləri üç cilddən ibarət kitaba toplanıb. Bu gün də həmin kitabları incələyən, onun proqnozlarının alt qatı, görünməyən tərəfi ilə bağlı analizlər aparan mütəxəssislər var.
Qazeta.info Moderator.az-a istinadla xəbər verir ki, fransız kahin Türkiyənin gələcəyi barəsində də bəzi proqnozlar verib. Həmin proqnozların bəziləri artıq həyata keçib, bəziləri isə gələcək zamana aididdir.
Mişel 1920-ci illərin əvvəllərində nəhəng türk imperatorluğunun süqut edəcəyini, əvəzində xristian ərazidə doğulan bir insanın yeni dövlət quracağını demişdi. Həqiqətən də belə olur: 1923-cü ilin oktyabrında böyük sərkərdə Mustafa Kamal Atatürkün başçılığı ilə türk tarixi özünün yeni mərhələsinə qədəm qoyur. Müstəqil Türkiyə Cumhuriyyəti yaranır:
“Nəhəng imperiyanın çökdüyü bir zamanda xristian torpaqlarında böyüyən, amma müsəlman olan bir rəhbər meydana çıxacaq. Xristianların diqqətini çəkməyən bu rəhbər yeni türk dövlətini quracaq və onu Qərbə yönləndirəcək”.
Nostradamusun müasir Türkiyə haqqında səsləndirdiyi proqnozlar da var ki, kahinin araşdırıcıları onların alt qatını incələməklə məşğuldurlar:
“Böyük bir təriqət öz çarmıxını hazırladı”.
“Mövcud rejimi özlərinə düşmən bildi”.
“Xalq əzab çəkəcək. Gəlməli olan adam çox gec gələcək”
Kahinin Türkiyə barəsində səsləndirdiyi proqnozları, eləcə də başqa fərziyyələr bu cür şifrəli cümlələrdən ibarətdir. Lakin qardaş ölkədə son zamanlar baş verənlərə diqqət yetirsək, həmin cümlələrin doğruluğunu görərik.
Qeyd edək ki, Nostradamusun Atatürklə bərabər adını çəkdiyi başqa bir Türkiyə lideri isə Abdulla Güldür. O, bəzi proseslərin Güldən sonra başlayacağını da deyib.