Norveçdən ermənilərə şok
16.03.2015 689 0.0 0

Norveçin baş naziri Erna Solberq qondarma erməni “soyqırımının” 100-cü ildönümünün anım tədbirlərində iştirak etməyəcək.

Məlumata görə, xanım Solberq Türkiyə ilə olan münasibətlərin çox əhəmiyyətli olduğunu deyərək qondarma “soyqırımı” tədbirlərinə qatılmayacağını açıqlayıb. 

Tədbirlərdə xarici işlər nazirinin də iştirak etməyəcəyini bildirən Norveç baş naziri Ermənistandakı səfirlərinin tədbirə qatılma ehtimalını istisna etməyib. 

Baş nazirin müşaviri Baard Qlad Pedersen isə bu kimi məsələlərdə tarixçilərin qərar verməsinin doğru olacağını deyib. 

“Bu, illərdir müzakirə olunan bir mövzudur. Amma nəyin soyqırımı olub-olmadığını BMT qərarıyla müəyyənləşir. Ona görə də bu məsələni tarixçilərin dəyərləndirməsi doğru olar. Digər ölkələrdəki tədbirlərdə ölkələri səfirlərin təmsil etməsi çox təbiidir”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar