Norveç Ukrayna üzərindən uçuşları müvəqqəti dayandırır
14.02.2022 312 0
Norveçin "Norwegian" aviaşirkəti təhlükəsizlik məqsədilə Ukrayna ərazisi üzərində uçuşları müvəqqəti dayandırır.
Qazeta.info xəbər verir ki, TASS bu barədə Norveç mətbuatına istinadla məlumat yayıb.
Şirkətin məlumatında bildirilib ki, "Biz bu qərarı təhlükəsizlik vəziyyətinin təhlili əsasında qəbul etdik. Və biz müvəqqəti olaraq Ukrayna üzərindən uçmamaq qərarı verdik”, - deyə şirkətin nümayəndəsi Esben Tuman bildirib.
Bildirək ki, bazar günü Ukrayna parlamentinin deputatı Oleksey Qonçarenko deyib ki, böyük ehtimalla bazar ertəsi Moskva vaxtı ilə saat 17:00-dan etibarən Ukrayna üzərindən hava nəqliyyatı dayandırılacaq. Bundan sonra Hollandiyanın "KLM" aviaşirkəti şənbə günüdən Ukraynaya uçuşları dayandırıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər