Norveç Donald Trampla bağlı FTB-yə müraciət edib
02.03.2018 828 0
Norveç polisi Ağ Evin rəhbəri Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üzrə iddia ərizəsinin saxtalaşdırılması işinin istintaqı ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosundan yardım istəyib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə "The Washington Post"a Norveç Nobel İnstitutunun direktoru Ulav Nyolstad bildirib.
Qeyd edək ki, o, daha əvvəl Norveç Dövlət Teleradio Şirkətinə açıqlamasında institut əməkdaşlarının D.Trampın ardıcıl iki il saxta sənədlərlə sülh mükafatına namizəd olmasından şübhələnməsinə əsaslarının olduğunu bildirib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər