Xarici mətbuata istinadən bildirilir ki, Gümüş əslində bizə açıq-aydın izah edilmədiyi halda, olduqca faydalı və inkişafa aparan xüsusiyyətləri olan elementdir. Biz köhnə insanlara geridəqalmış dediyimiz halda, onlar bəzi şeylərdə bizdən çox irəlidə olmağı da bacarıblar. Məsələn, keçmişdə məhz gümüşü tibbdə geniş istifadə edir, bu elementi səhiyyənin bir parçası kimi qəbul edirdilər. Bəs belə olduğu halda, müasir dövrdə niyə bu qədər xəstəliklərdən xilas ola bilmirik? Üstəlik də, hər il yeni xəstəliklər peyda olur və bütün dünya bu xəstəliklərə qarşı mübarizə üçün milyonlar xərcləyir.
Gümüşün faydaları Julius Caesar dövründən bəri bəllidir. Romalılar kiçik gümüş parçalarını yanıqları, kəsikləri və yaraları müalicə etmək üçün, yunanlar su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edərdilər. Bundan əlavə, Roma İmperiyası dövründə yalnız gümüş qablarda su daşıyan əsgərlərə döyüşə getməyə icazə verilirdi, çünki Romalılar gümüş qabların suyu təmiz və saf tutduğunu bilirdilər. 14-cü əsrdə Avropanın mərkəzində əhalinin 25 faizi vəbadan ölmüşdü, yalnız qaraçılar bu fəlakətdən can qurtara bilmişdilər. Qaraçıların müalicə məqsədiylə gümüşü kiçik hissəciklərə ayırıb, açıq damardan bədənlərinə yeritdikləri bəlliydi. Hissəciklər qan dövranı sayəsində bütün bədənə yayılıb bakteriya və virusları yox edirdi. Bəzən bu hissəciklərin lazım olduğundan çox olması səbəbiylə qaraçıların çoxu argyria xəstəsi olmuşlar.
Həkimlər gümüşün faydalarını bilir və buna görə də, xəstələrinə daha sağlam olmaq istəyirlərsə, gümüş qablarda, gümüş çəngəl-bıçaq-qaşıq istifadə edərək, yemək yemələrini tövsiyə edirdilər. Bəzi insanlar körpələrinə sormaq üçün gümüş qaşıq verməyə başlayıb. “Ağzında gümüş qaşıqla doğulmaq” deyimi də məhz buradan gəlmişdir; çünki bunu o zamanlarda zəngin ailələr bilirdi və zəngin uşağı olmaq, yəni doğuşdan şanslı olmaq mənasında istifadə edilən bu deyim burdan törəmişdir.
Dr Henry Crookes 1900-cü illərin əvvəlində gümüşü bir çox xəstəliyin müalicəsində istifadə etmişdir. Elmi işləri nəticəsində mövcud heç bir mikrobun kolloid gümüşə 6 dəqiqədən çox dözə bilməyəcəyini müəyyən etmişdir. Dr J.Mark Hovel British Medical Journal’da kolloid gümüşün virusların məhv edilməsində xüsusilə təsirli olduğunu raport edib.
İkinci Dünya müharibəsi əsnasında penisillin kəşf edildi və sintetik olaraq istehsal edildi. Beləcə tibbdə patenti alınmış sintetik dərmanlarla böyük dərman firmalarını çox varlı edən yeni bir dövr başlandı. Təbiətdə olan heç bir şeyə görə isə patent almaq mümkün deyildi, ona görə də gümüşün faydalarından varlana bilməyənlər bunu hər yolla insanlara unutdurmağa çalışırdılar.
Gümüşün ilk antibiotik maddə olduğu güman edilir. Müəyyən bir dövr ərzində gümüş metal yarpağı bir sarğı bezi olaraq istifadə edilmişdir. Bu gün gümüş, demək olar ki, infeksiya idarəsinin kritik olduğu hər yerdə, bandajlardan yanıq müalicəsində istifadə edilən dərmanlara qədər səhiyyə məhsullarında çox geniş spektrdə antimikrob özəlliyinə görə istifadə olunur.Amerikadakı doğulan uşaqlara, doğuşdan dərhal sonra gümüş tərkibli göz damlaları gözdə meydana gələcək infeksiyaları qarşısını almaq üçün tökülür.
Gümüş 95 faizdən daha çox nisbətdə infraqırmızı əks-yansıtmaya malikdir. Gümüşlə təmas edən radioaktiv enerjinin 95 faizi geri yansıyacaq. Yəni gümüş radiasiyaya qarşı təsirlidir.
450 cür bakteriyanın DNT-sini pozaraq yox edə bilir. Sədəf, şəkər, qaşıntı, ayaq qoxusu kimi bir çox narahatlığa da müsbət təsir göstərir. Yeni hüceyrələrin çoxalmasını dəstəkləyərək yaraların yaxşılaşmasını sürətləndirir. Kolloid Gümüşün HİV virusunu bir neçə dəqiqə içində yox etdiyi ilə əlaqədar araşdırma isə, Dr Xiaojian Yao tərəfindən “Nanotexnologiya 2012 International Journal” da nəşr edilsə də, buna baxmayaraq heç bir şey edilmədi.
İçərisində gümüş ion saxlayan tək qida qozdur. Bu məlumatlara baxsaq yeməli olduğumuz ən əsas qida qozdur və buna qarşı laqeyd olmaq olmaz.
Həkimlərin əsasən gümüş suyunu gözardı etmə səbəbi yenə də kapitalist dünya quruluşuna söykənir. 1906-cı ildə bütün böyük dərman şirkətlərini satın alan John D. Rockefeller koloidal gümüşün dərman satışlarının qarşısında maneə meydana gətirəcəyinin fərqində idi. Bu səbəblə Jude Abraham Felxner-in köməyi ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu mövzusunun araşdırılmayacağı və bu təlimata uyğun gəlməyən bütün professorların lisenziyalarının əlindən alınacağını bildirmişdi. İşin maraqlı tərəfi isə budur ki, Rockefeller özü ailəsinin heç bir zaman dərman istifadə etməsinə icazə verməmişdi.
Elmi fantastika dünyasına baxsaq, qarşımıza içinə girdiyiniz zaman bir anda bütün xəstəliklərimizi yaxşılaşdıran və bizi uzun müddət yaşadan sandıqlar çıxır. Yaxşı, bu sandıqlar gümüşdən düzəldilmiş ola bilər? Daha da inkişaf etdirilmiş, içərisində bakteriyalar dünyasından meydana gəlmiş, gümüş örtüklü mini bir laboratoriya indiki vaxtda kimlər üçünsə tikilmiş ola bilər? Bizdən gizlənən bir çox həqiqət varsa, bunların da tikilmiş olması mümkündür. Bizə göstərilənləri deyil, göstərilməyənləri görməyə çalışdıqca əslində necə bir nizamda yaşadığımızı görmək bütün bu ədalətsizlikləri dəyişmək üçün bizə daha da böyük səbəblər verməlidir. Dünyamızı yaşanılası bir yer etmək üçün əl-ələ verib, dəyərimizin fərqində olaraq çalışmalı və sorğulamalıyıq. /saqlamheyat.az/