Nikah yaşı dəyişdirildi
01.02.2017 3405 0.0 0

Gürcüstanda vətəndaşların erkən nikaha daxil olmasının aşağı yaş həddi dəyişdirilib və azyaşlı uşaqlarla cinsi əlaqəyə görə, cəzalar sərtləşdirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bununla əlaqədar olaraq “Vətəndaşlıq aktları haqqında” Qanuna və Cinayət Məcəlləsinə əlavələr olunub. Bu barədə Gürcüstan Parlamentinin saytında məlumat verilib.

Yeni qanunda normal, ən aşağı nikah yaşı 18 yaş müəyyən olunub. Vətəndaşların əvvəlki kimi istisna hallarda belə 16 yaşda nikaha girməsi qadağan edilib. Lakin müstəsna hallarda vətəndaşlar 17 yaşda nikaha daxil ola bilərlər. Bunun üçün valideynlər və himayədarlar razılıq verə bilməyəcəklər. İstisna hallarda – cütlüyün övladı dünyaya gəldikdə və ya hamiləlik dövründə yalnız məhkəmənin qərarı ilə nikah bağlana bilər. Belə hallar 16 yaşda müəyyən olduqda əks tərəf hökmən cinayət məsuliyyətinə cəlb olunacaq.

Cinayət Məcəlləsinə edilən dəyişiklikdə deyilir ki, 16 yaşlı və daha aşağı yaşlı insanla intim əlaqə cinayət məsuliyyəti yaradır. Belə hallara yol verənlər üçün 7 ildən 9 ilədək həbs qətimkan tədbiri nəzərdə tutulub (əvvəlki qanunda bu maddə daha yüngül idi).

Parlamentin saytında bildirilir ki, Gürcüstanda bir çox hallarda insanlar öz övladlarının 16, hətta 15 yaşda nikaha daxil olmalarına imkan verirdilər. Bu da tez-tez gənc ailələrin dağılmasına, ana və uşaq ölümü hallarının artmasına səbəb olurdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar