Niderlandın Baş naziri Ukrayna böhranı ilə bağlı Rusiyaya xəbərdarlıq edib
02.02.2022 293 0.0 0

"İnanırıq ki, deskalasiyanın yeganə yolu diplomatiya və dialoqdan keçir".

Məlumata görə, bunu Niderlandın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevdə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Hazırda ABŞ və Rusiya, NATO və Rusiya arasında dialoq davam edir, həmçinin Normandiya formatında görüşlər keçirilir. Ümid edirəm ki, bu dialoq nəticələr verəcək. Əgər bir nəticə olmazsa, Rusiyanın Ukraynaya qarşı aqressiyası davam edəcəyi halda bunun Rusiya üçün nəticələri ağır olacaq. Niderlandın bu məsələ ilə bağlı mövqeyi bəllidir.

ABŞ-la koordinasiyalı şəraitdə Avropa Rusiyaya qarşı güclü sanksiyalar paketi hazırlayır", Baş nazir bildirib.

Onun sözlərinə görə, Niderland bacardığı qədər Ukraynaya dəstək verir. O, xüsusilə kibertəhlükəsizlik sahəsində dəstəyin davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Niderlandın Baş naziri Kiyevdə səfərdədir. Fevralın 1-də isə Britaniyanın Baş naziri Boris Conson, Polşanın Baş naziri Mateuş Moravietsk Ukraynaya səfər edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar