Niderland krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan edib.
“Haberler”ə istinadən xəbər verilir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirlib ki, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək. XİN-in məlumatına görə, bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırılıb.
Qeyd edək ki, 2017-ci il iyulun 7-də Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib. Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.
Bu hadisələrdən sonra Türkiyənin Xarici İşlər Nazirliyi Niderlandın Ankaradakı səfirini “arzuolunmaz şəxs” elan edib. Türkiyə krallıqdakı səfirini isə etiraz olaraq, geri çağırmışdı.
Xatırladaq ki, iki ölkə arasında 406 ildir diplomatik münasibətlər mövcuddur./Report/