NİDA üzvü məhkəmədə ifadə verib
11.11.2016 592 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bildirək ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

B.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində günahsız olduğunu söyləyib: "Barəmdə irəli sürülən ittihamları qəbul etmirəm. Həmin narkotiklər mənə aid deyil".

Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı polkovnik-leytenant Şirəli Babyev və ifadə verib.

Ş.Babayev bildirib ki, məlumat əsasında B.Məmmədovun yaşadığı mənzilə baxış keçirilib: "Həmin zaman onun evindən narkotik maddə aşkarlanılıb. Bayramın özü də səmimi etiraf edərək deyib ki, narkotiki istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb".

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar