Nevroloqlardan kişilərə bəd xəbər
23.03.2015 765 0.0 0

Kişilərin beyni 40 yaşdan sonra "solur". 

Yaşlanma ilə əlaqədar yaddaşın korlanması təbii hesab olunur və heç də həmişə Alsheymer xəstəliyi ilə əlaqəli olmur. Ancaq Mayo klinikasının tədqiqatları göstərib ki, yaddaş pozuntusu kişilərdə qadınlardan daha tez yaranır. Xarici KİV-ə istinadən verilən məlumata görə, bu proses adətən 40 yaşdan sonra "sürət yığır".

Buna həsr edilən tədqiqatda 30-90 yaş arası, aşkar koqnitiv problemləri olmayan 1246 insanın beyninin quruluşunun və aktivliyinin analizi aparılıb. Mütəxəssislər fikir veriblər ki, xatirələrin formalaşması və saxlanmasına cavabdeh olan beyin sahəsi - hippokampın ölçüləri kiçilir. Hippokampın kiçilməsi beynin fəaliyyətinə birbaşa təsir edir və nerv birləşmələri itərsə, yaddaş pozuntusu yaradır. 

Kişi və qadın beyni müqayisə edilərkən məhz kişi beynində hippokampın həcminin daha az olduğu ortaya çıxıb. Bu, xüsusilə 60 yaşlı kişilərdə daha çox rast gəlinib. Kişi beynindəki toxumaların belə tez qocalması və deqradasiyasını alimlər izah edə bilmirlər. İstisna edilmir ki, qadınlarda neyronları estrogenlər qoruyur. Düzdür, menopauzadan sonra, yəni hormonun səviyyəsi azaldıqda, yaddaş pozulması prosesi də sürətlənir. /milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar