NETANYAHUNUN OĞLU YARALANDI
30.12.2014 1001 0
İsrail Baş naziri Binyamin Netanyahunun əsgərlik vəzifəsini yerinə yetirən oğlu Avner Netanyahu yaralandı.
İsrail Ordu rəhbərliyindən verilən açıqlamada , təkrarlanan təlim sırasında yüngül yaralanan Avnerə ilk müdaxilənin edildiyi və ciddi bir sağlamlıq probleminin olmadığı bəyan olunub.
Avnerin vəzifəsinə dönüb dönməyəcəyi mövzusuna dair isə məlumat verilməyib.
İsrail mətbuatında çıxan xəbərlərə görə isə Avner, Baracil xəstəxanasının təcili yardım bölməsinə qaldırılıb, müalicədən sonra da ev şəraitində müalicəyə icazə verilib .
Mətbuatda həmçinin Baş nazir Netanyahunun, oğlunun xəstəxanada ziyarət etdiyi məlumatı da yayılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər