İsrail Baş naziri Binyamin Netanyahu Məscid-i Əl-Əqsanın da və Qüdsdəki Hərəm-üş-Şərif bölgəsində İsrailin tətbiq etdiyi mövcud siyasəti eynilə davam etdirəcəyi bildirib.
Netanyahunın qeyd olunan fikri ilə əlaqədar mətbuata açıqlama verən İsrail yetkilisi Mark Regev "Ötən axşam edilən məsləhətləşmələr nəticəsində Baş nazir Netanyahu, Hərəm-üş-Şərifdə tətbiq olunan mövcud siyasətin dəyişdirilməyəcəyini ifadə etdi" deyə bildirib.
Xatırladaq ki, Qüdsdə ötən günlərdə Məscidi- Əl-Əqsanın ibadətə bağlanmasında sonra bölgədə qarşıdurmalar yaşanmış, İsrail daha sonra Məscidi-Əl-Əqsanı təkrar ibadətə açdığını bildirmişdi.
Bölgədə dünən baş verən hadisələrdən sonra isə İsrail təhlükəsizlik qüvvələri Məscidi-Əl-Əqsaya girərək Fələstinli nümayişçilərə göz yaşardıcı silahlardan atəş açmışdı.