Netanyahu İsrailin Suriyada keçirdiyi əməliyyatlardan danışdı
02.12.2015 563 0
İsrail milli maraqlarını müdafiə etmək və “Hizbullah” hərəkatının müasir növ silahlara malik olmasına mane olmaq məqsədilə vaxtaşırı Suriyada əməliyyatlar keçirir.
“Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
“İranın səyləri ilə bizə qarşı yönəlmiş daha bir cəbhənin yaranmasının qarşısını almaq üçün biz vaxtaşırı Suriyada əməliyyatlar keçiririk. Biz həmçinin təhlükəli müasir silahların Suriyadan Livana keçirilməsinin qarşısının alınması istiqamətində işlər görürük”, deyə “The Jerusalem Post” baş nazirin dediklərini sitat gətirib.
Netanyahunun sözlərinə görə, İsrail bu tip əməliyyatları gələcəkdə də davam etdirmək niyyətindədir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər